"OPEK +" ölkələri müqaviləni 168% yerinə yetiriblər


Dünya 18 May 2019 08:03:00 257 0

"OPEK +" ölkələri müqaviləni 168% yerinə yetiriblər

Neft hasilatının azaldılmasına dair müqavilədə iştirak edən "OPEK +" ölkələri 2019-cu ilin aprelində -müqaviləni 168% yerinə yetiriblər (139% martda).

Son.az Trend-ə istinadən bildirir ki, bu nəticələr texniki komitənin iclası zamanı açıqlanıb.

Qeyd edilib ki, apreldə ümumi səviyyə 168% təşkil edib.

Qeyd edək ki, "OPEK+" təşkilatının bütün üzv ölkələri 2019-cu ilin birinci yarısında neft hasilatının gündə 1,2 milyon barelə qədər azalmasına dair razılaşıb, bundan da 812 min barel "OPEK" ölkələrin, 383 min barel isə "qeyri OPEK" ölkələrin payına düşüb.