Göygöldə şəxsi ədavət zəminində yaşlı qadın yandırılıb FOTO


Digərləri 18 May 2019 08:08:00 221 0

Göygöldə şəxsi ədavət zəminində yaşlı qadın yandırılıb  FOTO

Göygöl rayonunun Mollacəlli kəndinin sakini 1960-cı il təvəllüdlü Şamama Abıyevanın üzərinə qonşusu Rasim Quliyev tərəfindən benzin tökülərək yandırılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə şəxsi ədavət zəminində baş verib.

Bildirilir ki, zərərçəkmiş ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ş.Abıyevaya bədəninin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Göygöl rayon Polis Şöbəsi tərəfindən Rasim Quliyevin axtarış əməliyyatlarına başlanılıb. Faktla bağlı cinayət işi açılıb.


Xəbərə aid fotolar