"Facebook"da nasazlıq yaranıb


Digərləri 18 May 2019 07:05:00 215 0

"Facebook"da nasazlıq yaranıb

"Facebook" sosial şəbəkəsində nasazlıq dünyanın bir çox ölkələrində müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "Facebook"-da problemlər ABŞ-ın Şimal sahilindəki vaxtı ilə saat 11:16-dan müşahidə olunur.

"Facebook" sosial şəbəkəsindəki nasazlıq ilə bağlı daha çox ABŞ, Meksika və İndiyada şikayət ediblər.

Həmin problemlər, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya və İtaliyada da olub.