BDU-nun “Gənc istedadlar” liseyində II Respublika şagird konfransı keçirilib (FOTO)


Digərləri 18 May 2019 03:14:05 336 0

BDU-nun “Gənc istedadlar” liseyində II Respublika şagird konfransı keçirilib (FOTO)

Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı öz işinə başlayıb.

Bakı. Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi elmimizin qarantıdır” mövzusunda II Respublika şagird konfransı öz işinə başlayıb. Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı açaraq onun əhəmiyyəti barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən danışan A.Kazımzadə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. İclasda Bakı Baş Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov “Xalq üçün yaşanan ömür”, Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Heydər Əliyev və Azərbaycan təhsili”, BDU-nun professoru Nuru Məmmədov “Heydər Əliyev və Azərbaycan tarixi”, “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Güllü Qəhrəmanlı “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış ediblər. Konfransda Bakı şəhəri 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, Sumqayıt şəhəri, Humanitar və təbiət, riyaziyyat təmayüllü “İstedad” liseyinin direktoru Adilə Süleymanova, liseyi qızıl medalla bitirmiş, Azərbaycan Mühəndislik Universitetinin tələbəsi Lalə Muradlı və valideyn Fəxri Xəlilov çıxış edərək konfransın işinə uğur arzulayıblar.