İspaniya gimnastı: Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam


Digərləri 18 May 2019 01:20:00 260 0

İspaniya gimnastı: Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam

Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam

Bakı. Vacib yarışların məhz Milli Gimnastika Arenasında keçirilməsindən məmnunam. Bunu Trend-ə İspaniya gimnastı Polina Beryozina deyib. O, ötən il Bakıda olduğunu və buranı çox sevdiyini bildirib: “Yarışlarda tamaşaçıların dəstəyi çox hiss olunur və bu, gimnastları daha yaxşı çıxışa həvəsləndirir”. Gimnast bugünkü çıxışından raz qaldığını bildirib. Yarışlarda rəqabət barədə danışan P.Beryozina çempionatda güclü gimnastların çıxış etdiyini deyib. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.