Rusiyalı tamaşaçı: Bakıya məşhur gimnastların çıxışına baxmağa gəlmişəm


Digərləri 18 May 2019 00:24:38 226 0

Rusiyalı tamaşaçı: Bakıya məşhur gimnastların çıxışına baxmağa gəlmişəm

Maskot - meymun Luici tamaşaçıların əhval-ruhiyyəsini qaldırır.

Bakı. Cani Babayeva - Maskot-meymun Luici tamaşaçıların əhval-ruhiyyəsini qaldırır. Bu barədə Trend-ə Krasnodardan çempionatın yarışlarını izləməyə gələn tamaşaçı Anastasiya Lıkova deyib. Bakıya ilk dəfədir gələn rusiyalı tamaşaçı şəhərin gözəl və təmiz olduğunu deyib: "Buraya məşhur gimnastların çıxışlarına baxmağa gəlmişəm. Rusiya komandasına azarkeşlik edirəm, komandamıza qələbə arzulayıram. Bundan başqa İtaliya gimnastları Milena Baldassari və Aleksandra Aciurcukulezeyə azarkeşlik edirəm. Şadam ki, Milena bu gün topla hərəkətlərdə yaxşı nəticə göstərdi". A.Lıkova qeyd edib ki, Avropa Çempionatının açılış mərasimi xoşuna gəlib: "Luici maskot-meymunun olması yaxşı əhval-ruhiyyə gətirir". Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.