Laçın rayonunun işğalından 27 il ötür


Digərləri 18 May 2019 00:02:00 83 0

Laçın rayonunun işğalından 27 il ötür

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.

Son.az Trend-ə istinadən bildirir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

Laçın rayonunun işğalından 27 il ötür like
  • 18 May 00:01  
Digərləri Laçın rayonunun işğalından 27 il ötür

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından

arrow Ətraflı
Günün qoroskopu: söhbətlər və danışıqlar çox vaxt alır like
  • 18 May 00:01  
Digərləri Günün qoroskopu: söhbətlər və danışıqlar çox vaxt alır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar like
  • 17 May 23:58  
Digərləri Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar

Saçların daha gözəl və sağlam olması üçün mütləq maskalardan istifad

arrow Ətraflı
Kanada və ABŞ polad və aluminium tədarükü ilə bağlı rüsumları ləğv edib like
  • 17 May 23:55  
Dünya Kanada və ABŞ polad və aluminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Kanada və ABŞ polad və aluminium tədarükü ilə bağlı rüsumların 48 saa

arrow Ətraflı
Onkoloji xəstələr oruc tuta bilərmi? like
  • 17 May 23:52  
Digərləri Onkoloji xəstələr oruc tuta bilərmi?

Son.az saglamolun.az-a istinadən cərrah-onkoloq Günay Əhmədovanın yazısı

arrow Ətraflı
Kanada və ABŞ  polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib like
  • 17 May 23:50  
Digərləri Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsümların 48

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 17 May 23:47  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Babasilə qarşı 4 sadə ev vasitəsi like
  • 17 May 23:42  
Digərləri Babasilə qarşı 4 sadə ev vasitəsi

Babasil ən yayılmış pozulmalardan biridir. Babasil zamanı əsas müalicə i

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 17 May 23:40  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı