Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa... Həkimendokrinoloq DANIŞDI


Digərləri 17 May 2019 23:37:00 232 0

Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa...  Həkimendokrinoloq DANIŞDI

Müsəlmanlar üçün Ramazan ayı oruc tutma ayıdır. Bəzən şəkərli diabet xəstələri də oruc tutmaq istəyir, lakin şəkərləri kontrol altında olmayan xəstələr uzun müddət aclıqdan sonra bir çox risklərlə qarşılaşa bilər. Bəs diabet xəstələri hansı hallarda oruc tuta bilər?

Son.az bildirir ki, publika.az-a danışan həkim-endokrinoloq Vüsalə Atakişizadənin sözlərinə görə, diabetli xəstələrin oruc tutub-tutmamasına həkim-endokrinoloq qərar verməlidir: "Xəstəliyin gedişatına əsasən pasientlər risk qruplarına ayrılmalı və riskin dəyərləndirilməsinin nəticəsinə əsasən oruc tutma qərarı həkim və pasientin birlikdə razılığı əsasında verilməlidir. Səhhəti yerində olan, şəkəri kontrol altında olan pasientlər oruc tuta bilərlər.

ÇOX YÜKSƏK RİSKLİ XƏSTƏLƏR;

- Ramazandan öncəki 3 ay ərzində hipoqlikemiya (şəkərin düşməsi) riski;

- Hipoqlikemiyanı hiss etməyən pasientlər;

-Qan şəkərləri kontrol altında olmayan pasientlər;

- Ramazandan öncəki 3 ay ərzində diabetik koma tarixçəsi olan pasientlər;

-Brittle tip 1 şəkərli diabet xəstələr;

-Ağır fiziki işlə məşğul olan insanlar;

-Hamilələr;

- Xroniki dializ xəstələri;

YÜKSƏK RİSKLİ XƏSTƏLƏR:

- Qanda şəkərin miqdarı 150-300mq/% və ya HbA1C 7.5-9% olan pasientlər;

- Diabetik nefropatiyalı xəstələr (böyrəklərin zədələnməsi);

- Diabetik retinopatiyası olan xəstələr (göz damarlarının zədələnməsi);

- Böyrək çatışmazlığından əziyyət çəkənlər;

- İnsulin müalicəsində olan tək yaşayan pasientlər;