AGF-nin baş katibi: Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində mümkün olub


Digərləri 17 May 2019 23:19:31 184 0

AGF-nin baş katibi: Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində mümkün olub

Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən doğru verilən qərarların nəticəsidir

Bakı. Vahid Bayramov - Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən doğru verilən qərarların nəticəsidir. Bunu Trend-ə AGF-nin baş katibi Nurlana Məmmədzadə deyib. Bakıda keçirilən 35-ci bədii gimnastika üzrə Avropa çempionatını xatırladaraq, N.Məmmədzadə qeyd edib ki, bu, artıq Azərbaycanın paytaxtında baş tutan dördüncü Avropa çempionatıdır: "Bədii gimnastika üzrə Avropa çempionatı ilk dəfə Bakıda 2007-ci ildə, sonra 2009-cu ildə və 2014-cü ildə keçirilmişdir. Hazırkı çempionat sayca artıq dördüncüdür və burada 35 ölkədən olan gimnastlar iştirak edir. Müsabiqələrdə fərdi proqramlarda 197 gimnast, qrup tapşırıqlarında isə 20 gənclər üzrə komandalar iştirak edir. Bu çempionatda yarışan bir çox gənclər aprel ayında Bakıda ikinci dəfə keçirilən "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak ediblər. Həmin vaxt gimnastlarımız üç medal qazandı. Əlbəttə ki, onlar bu çempionata çox güclü hazırlaşıblar". Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.