Fərhəd Bədəlbəyli: Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır


Digərləri 17 May 2019 23:05:16 195 0

Fərhəd Bədəlbəyli: Bədii gimnastika üzrə Avropa çempionatı gözəllik bayramıdır

Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının açılışı çox effektli olub

Bakı. Vahid Bayramov - Bakıda Milli Gimnastika Arenasında 35-ci bədii gimnastika üzrə Avropa çempionatının açılışı həm xoreoqrafiya, həm də təşkil olunma baxımından çox effektli olub. Bunu Trend-ə məşhur pianoçu, bəstəkar və Xalq artisti Fərhad Bədəlbəyli deyib. F.Bədəlbəyli qeyd edib: "Sevindirici haldır ki, bizdə Bakıda bu cür möhtəşəm arena var və burada belə gözəllik, gənclik və idman bayramı keçirilir. Bədii gimnastika üzrə Avropa çempionatının həm xoreoqraiya baxımından, həm də təşkili baxımından möhtəşəm açılışına heyran oldum. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün tədbirlər, Avropa Oyunları olsun, İslam Həmrəyliyi Oyunları və ya Avropa Çempionatı olsun, ən yüksək səviyyədə keçirilir". Xalq artisti Azərbaycanda belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki, burada uşaqlar idman, sənət və musiqiyə daha yaxın ola bilirlər: "Gimnastika təkcə idman deyil, həm də bir sənətdir. Hər kəsi bu gözəl arenanı tez-tez ziyarət etməyə çağırıram". Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.