Çexiyalı idmançı: Çox şadam ki, Azərbaycandan olan tamaşaçılar bizi dəstəkləyir


Digərləri 17 May 2019 22:56:00 230 0

Çexiyalı idmançı: Çox şadam ki, Azərbaycandan olan tamaşaçılar bizi dəstəkləyir

Çexiyadan olan Alina Çamzina Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında tamaşaçıların hərarətli azarkeşliyinə şad olduğunu bildirib.

Bakı. Cani Babayeva - Çexiyadan olan Alina Çamzina Bakıda bədii gimnastika üzrə Avropa Çempionatında tamaşaçıların hərarətli azarkeşliyinə şad olduğunu bildirib. Çexiyalı idmançı Trend-ə deyib: "Bakıda Milli Gimnastika Arenası mənim çox xoşuma gəlir, burada yaxşı şərait yardılıb, məşq etmək çox rahatdır. Həmçinin Azərbaycandan olan tamaşaçıların bizi dəstəkləməsi çox sevindirir". Yarışlardakı çıxışına gəlincə, idmançı qeyd edib ki, bütün gücünü toplamalı və hazır olmalıdır: "Sabahkı görüş üçün özümü toplamalıyam. Hər şeyi məşqlərdə hazırlaşdığım kimi etməyə çalışacağam, ən əsası gərgin olmamağa çalışmalıyam". Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.