24 yaşlı oğlan sirkə turşusu içib


Digərləri 17 May 2019 22:44:00 270 0

24 yaşlı oğlan sirkə turşusu içib

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb.

Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib.

M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.