Qvardiola əsəbiləşdi: "Neçə dəfə təkrar etməliyəm?"


İdman 17 May 2019 22:40:00 323 0

Qvardiola əsəbiləşdi: "Neçə dəfə təkrar etməliyəm?"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Juventus-un sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis eyni suala cavab verməkdən bezdiyini bildirib:

"Neçə dəfə təkrar etməliyəm? Mən Juventus-a getməyə, İtaliyada işləməyə hazırlaşmıram. Manchester City-də hər şey məni qane edir və komandanı tərk etmək fikrim yoxdur. Növbəti mövsümdə də bu klubun baş məşqçisi olacağımı artıq dəfələrlə demişəm".

Xatırladaq ki, Juventus bu gün Massimiliano Alleqrinin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.