Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içib


Digərləri 17 May 2019 22:31:20 221 0

Göyçayda 24 yaşlı oğlan sirkə turşusu içib

Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib.

Bakı. Samir Əli - Göyçayda gənc oğlan sirkə turşusundan zəhərlənib. Trend-in məlumatına görə, hadisə Göyçay şəhəri, Seyid Əzim Şirvani küçəsi, 3 saylı evdə qeydə alınıb. Həmin evdə yaşayan, 1995-ci il təvəllüdlü Əbilov Məhəmməd Sahil oğlu ailə münaqişəsi zəminində əsəbiləşərək sirkə turşusu içib. M.Əbilov təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.