Məşhur qrup təxirə saldığı konsert proqramını bərpa edib


Digərləri 17 May 2019 22:08:00 219 0

Məşhur qrup təxirə saldığı konsert proqramını bərpa edib

Vokalçı Mik Cagerin ürəyindən keçirdiyi əməliyyata görə fəaliyyətini dayandıran məşhur "The Rolling Stones" rok qrupu ABŞ və Kanadada konsert turuna davam edəcək.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə qrupun rəsmi saytının yazdığı açıqlada bildirilib.

Məlumatda deyilir: "Biz turumuzun yeni tarixlərini elan etməyə çox şadıq. Birinci konsert iyunun 21-də Çikaqoda "Soldier Field" stadionunda olacaq".

Xatırladaq ki, "The Rolling Stones" qrupu vokalçısı M.Cagerin səhhətinin pisləşməsi ilə əlaqədar Mayami, Çikaqo, Denver, Vaşinqton və digər şəhərlərdə verəcəyi konsertləri təxirə salmaq məcburiyyətində qalmışdır. Qrupun gitaraçısı Ronni Vud elan edib ki, Cagerin ürəyindən keçirdiyi əməliyyat uğurlu alınıb və onun sağlamlığı tez bir zamanda bərpa olacaq.