Portuqaliyada islam festivalına start verilib


Digərləri 17 May 2019 21:45:00 189 0

Portuqaliyada islam festivalına start verilib

Portuqaliyanın Mertola qəsəbəsinin sakinləri sonuncu rəqəmi tək olan illərin may ayında özlərinin ərəb keçmişlərini xatırlayırlar. Bu, şəhərə müstəsna rəngarənglik qatan islam festivalı günlərində baş verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, festival zamanı Mertola VIII və XIII əsrlər arası dövrə qayıdır. Şəhər o vaxt Taif çarlığının paytaxtı və İberiya yarımadası ilə Şimali Afrika arasındakı yolun üzərində yerləşən iri ticarət limanı idi. Festival günlərində ərəb musiqiçiləri və rəqqasələri öz məharətini nümayiş etdirir, sənətkarlar öz əl işlərini düzəldib səsli-küylü bazarda satır, aşpazlar ərəb mətbəxinin kus-kus kimi ləziz təamlarını və nanəli çayını təklif edirlər.