Tarkan yenidən ata olmağa hazırlaşır


Digərləri 17 May 2019 21:23:00 217 0

Tarkan yenidən ata olmağa hazırlaşır

Ötən ilin iyul ayında qızı Liya dünyaya gələn Tarkan və həyat yoldaşı Pınar Təvətoğludan ikinci övladla bağlı açıqlama gəlib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, Tarkan Rusiyada konsert verdikdən sonra Türkiyəyə qayıdıb. Pınar dünən axşam İstanbulun Nişantaşı səmtindəki restorandan çıxanda jurnalistlərin suallarını cavablayıb.

Pınar bildirib ki, Moskva konserti çox yaxşı keçib. Jurnalistlərin "İkinci övlad barədə düşünürsünüzmü? Liyanın bacısı və ya qardaşı olacaqmı?" sualına "İnşallah" cavabını verib.