Bu il Misirdə işsizliyin səviyyəsi azalıb


Dünya 17 May 2019 21:27:00 184 0

Bu il Misirdə işsizliyin səviyyəsi azalıb

Bu il Misirdə işsizliyin səviyyəsi ötən illə müqayisədə azalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Misir Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin bəyanatında yer alıb. Sənəddə deyilir ki, 2019-cu ilin birinci rübündə ölkədə işsizliyin səviyyəsi azalıb və 2018-ci ilin birinci rübündəki 10,6 faizlə müqayisədə 8,1 faiz təşkil edib. 2018-ci ilin dördüncü rübündə işsizliyin səviyyəsi 8,9 faizə bərabər olub.

Ötən ilin birinci rübündə 3,094 milyon işsiz qeydə alındığı təqdirdə, 2019-cu ilin birinci rübündə işsizlərin sayı 2,267 milyona bərabər olub.