Səbail 3 legioneri ilə də yolları ayırdı


İdman 17 May 2019 21:30:00 201 0

Səbail 3 legioneri ilə də yolları ayırdı

Goal.az xəbər verir ki, paytaxt klubu Tome Kitanovski, Enrike Perilyo və İmanol İriberrini heyətdə saxlamağa ehtiyac duymayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Səbail” daha üç futbolçusu ilə yollarını ayırıb.

Məlumatda bildirilir ki, hər üç futbolçu ilə müqavilələrin müddəti sona çatıb. Onlarla yeni anlaşmaya ehtiyac duyulmayıb yolların ayrılması barədə qərar verilib.

Xatırladaq ki, “Səbail” daha öncə Tamazi Tsetsxladze və Ruslan Qurbanovla da yollarını ayırmışdı.