Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasından 149 il ötür


Kriminal 17 May 2019 21:09:00 45 0

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasından 149 il ötür

Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya göz açıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli ədibin anadan olmasından 149 il ötür.

O, ibtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində alıb. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlayıb, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyil və həvəsi daha da çoxalır və burada "Yeyərsən qaz ətini, görərsən ləzzətini" dramını və "Dağılan tifaq" (1896) faciəsini yazır. Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir, bir müddət sonra Bakıda Şərq konsertləri verir və "Ata və oğul", "Ayın şahidliyi" kimi ilk hekayələrini dərc etdirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə materiallar toplayır.

"Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir, "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir". "Lağlağı". "Mozalan", "Süpürkəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə və felyeton çap etdirir. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərir, 1920-ci ilin iyununda isə o, Bakıda yenicə yaranan Şura Teatrının komissarı seçilir. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzvi seçilir.

Bunlardan başqa ədib Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini də dilimizə tərcümə edib.

Ukraynada azərbaycanlıların qanlı “razborkası” like
  • 17 May 21:04  
Dünya Ukraynada azərbaycanlıların qanlı “razborkası”

Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlar

arrow Ətraflı
Putin Rusiyanın əsas silahını açıqladı like
  • 17 May 21:00  
Digərləri Putin Rusiyanın əsas silahını açıqladı

Lazer silahı bütövlükdə XXI əsr ərzində Rusiya ordusunun hərbi potensia

arrow Ətraflı
Bitkoinin qiyməti 13% düşdü like
  • 17 May 20:59  
Digərləri Bitkoinin qiyməti 13% düşdü

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiymətində yenə kəsk

arrow Ətraflı
Yasamal qadınları rahat nəfəs ala bilər like
  • 17 May 20:54  
Kriminal Yasamal qadınları rahat nəfəs ala bilər

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini

arrow Ətraflı
Ukraynadan Misirə uçan təyyarədə bomba həyəcanı like
  • 17 May 20:49  
Dünya Ukraynadan Misirə uçan təyyarədə bomba həyəcanı

Ukraynadan Misirə turistləri aparan "Wind Rose" aviaşirkətinə mə

arrow Ətraflı
BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilib like
  • 17 May 20:47  
Digərləri BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası ke

arrow Ətraflı
Məşhur şou ölümə səbəb oldu, bağlandı like
  • 17 May 20:44  
Digərləri Məşhur şou ölümə səbəb oldu, bağlandı

Sonuncdu fəfə İngiltərənin ITV kanalında yayımlanan "The Jeremy Kyle

arrow Ətraflı
Slovakiya gimnastı: Bakıda yarışlar ideal keçirilir like
  • 17 May 20:39  
Digərləri Slovakiya gimnastı: Bakıda yarışlar ideal keçirilir

Bakıda özümü hər zaman evdəki kimi hiss edirəm

arrow Ətraflı
İki yaşlı uşaq 3 gün ac və susuz qaldı like
  • 17 May 20:39  
Digərləri İki yaşlı uşaq 3 gün ac və susuz qaldı

ABŞ-ın Kentukki ştatında maraqlı hadisə baş verib.

arrow Ətraflı
Aygün Kazımova yeni ev alıb? like
  • 17 May 20:34  
Şou-biznes Aygün Kazımova yeni ev alıb?

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova paylaşı

arrow Ətraflı
İndoneziyada 154 məhbus həbsxananı yandırıb, qaçdı like
  • 17 May 20:29  
Dünya İndoneziyada 154 məhbus həbsxananı yandırıb, qaçdı

İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən həbsxanadan 154 məhb

arrow Ətraflı
TAP layihəsində işlərin 87%dən çoxu görülüb like
  • 17 May 20:24  
Digərləri TAP layihəsində işlərin 87%dən çoxu görülüb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəm

arrow Ətraflı