İki yaşlı uşaq 3 gün ac və susuz qaldı


Digərləri 17 May 2019 20:39:00 265 0

İki yaşlı uşaq 3 gün ac və susuz qaldı

ABŞ-ın Kentukki ştatında maraqlı hadisə baş verib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, itkin düşən 2 yaşlı Kennet Neyl adlı uşaq 3 gün sonra yaşadığı evə yaxın yerdə tapılıb. Kennetin 67 saat ac və susuz qaldığı bildirilir. Xəstəxanaya aparılan uşağın vəziyyəti stabildir. 

Bazar günü axşam saatlarında 2 yaşlı uşaq evin baxçasında oynamaq üçün çölə çıxıb. Bir neçə dəqiqə sonra atası onu axtarmağa gedib və uşağını tapa bilməyib. O, bir saat uşağını axtardıqdan sonra polisə məlumat verib. Polis isə böyük axtarışlara başlayıb. Bölgə 3 gün axtarılıb. Üç gündən sonra axtarışları dayandıranda yanğınsöndürənlər uşaq səsi eşidiblər. Kennet evlərindən 500 metr uzaqda, köhnə bir mədənin yanında tapılıb.


Xəbərə aid foto