İndoneziyada 154 məhbus həbsxananı yandırıb, qaçdı


Dünya 17 May 2019 20:29:00 235 0

İndoneziyada 154 məhbus həbsxananı yandırıb, qaçdı

İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən həbsxanadan 154 məhbus qaçıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi informasiya yayıb.

Məlumata görə, əyalətdəki "Lanqkat" həbsxanasında məhbuslardan birində narkotik maddə tapılması ilə başlayan gərginlik sonda onların həbsxana binasını yandırması ilə nəticələnib.

Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində məhbusların əksəriyyəti yaxalanıb, 51 məhbusu isə hələlik tapmaq mümkün olmayıb.