Estoniya gimnastı: Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir


Digərləri 17 May 2019 20:23:45 219 0

Estoniya gimnastı: Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir

Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir

Bakı. Bu cür dəstək və alqışlarla xalçaya çıxmaq çox gözəldir. Bunu Trend-ə estoniyalı gimnast Viktoriya Boqdanova deyib. O xatırladıb ki, bir neçə həftə əvvəl həmin zalda Dünya Kubokunda iştirak edib: “Ona görə də çıxış etmək çox asandır. Mühit artıq mənə tanışdır. Topla hərəkətlərdə daha yaxşı çıxış etdim. Halqa ilə isə bir kiçik səhvə yol verdim. Sabah lent və gürzlərlə hərəkətlərdə çıxış edəcəyəm”. Gimnast qeyd edib ki, tamaşaçılar hər bir gimnastı dəstəkləyir. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.