Azərbaycanda iş axtaran Türkiyə vətəndaşlarının sayı kəskin azalıb


Digərləri 17 May 2019 20:17:00 245 0

Azərbaycanda iş axtaran Türkiyə vətəndaşlarının sayı kəskin azalıb

2019-cu ilin aprelində Türkiyədən Azərbaycana Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) xətti ilə iş axtarmağa gələnlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 61,9 faiz azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, aprel ayında İŞKUR vasitəsilə Azərbaycana 8 Türkiyə vətəndaşı gəlib.

Ümumilikdə Türkiyədən 6 867 vətəndaş xarici ölkələrə yollanıb ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 14,9 faiz azdır.