"Eurovision" geyləri təbliğ edir"


Şou-biznes 17 May 2019 20:09:00 257 0

"Eurovision" geyləri təbliğ edir"

Əməkdar artist Nüşabə Ələsgərli Britaniyanın Azərbaycandakı Səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi son günlər geylərin sayının çoxalmasını vurğulayıb. Ələsgərli hətta "Eurovision" mahnı yarışmasının LGBT-ni təmsil etdiyini yazıb:

"Belə insanlardan qorxmayın. İnsan olmağına insandır, sadəcə, hormonu dəyişik düşüb, yaxud da pozulub. Amma onu deyə bilərəm ki, son zamanlar daha da çoxalıb. Axırda kişilər "Qırmızı kitab"a düşəcəklər.

Yeri gəlmişkən, "Eurovision" əməlli başlı təbliğ edir. Nə olacaq bu işlərin sonu?

Mənim onlara qarşı heç bir aqressiyam yoxdur. Mən kiməm ki, Allahın yaratdığına kimliyindən asılı olmayaraq məsxərə edim".


Xəbərə aid foto