“Kola ilə spirti qarışdırmışdım”


Kriminal 17 May 2019 19:59:00 266 0

“Kola ilə spirti qarışdırmışdım”

İşlədiyi internet klubunda müştərini bıçaqlamaqda təqsirli bilinən Hacıyev Anar Maarif oğlu Apellyasiya Məhkəməsinə şikayət edib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, təqsirlədirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Mirzəli Abbasovun sədrliyi ilə may ayının 21-də keçiriləcək. şəxs hakim qarşısına çıxarılıb.

Qeyd edək ki, hadisə ötən il Əhmədli qəsəbəsində baş verib.

Anar Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib. Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə Hacıyev Rafiqi bıçaqlayıb.

Zərərçəkmiş Rafiq Nurullayev ifadəsində baş verən hadisədə günahın 90 faiz özündə olduğunu bildirib.

"İçkili idim, özümdə olmayıb söyüş söymüşəm. O da məni vurub. İndi heç bir şikayətim yoxdur. Lənət şeytana, ikimizi də şeytan yoldan çıxardı. O da məni vurdu".

Rafiq Nurullayev həmin gün aptekdən aldığı 95 faizlik spirtlə koka-kolanı qarışdıraraq içdiyini deyib.

"Əməllicə keflənmişdim. Kola ilə spirti qarışdırmışdım. Buna kolya-volya deyirlər. Araqdan yaxşıdır, amma adamı tez tutur"- deyə zərərçəkmiş bildirib.