Bu görüntü Ermənistanı silkələdi


Digərləri 17 May 2019 19:34:00 209 0

Bu görüntü Ermənistanı silkələdi

Ermənistanda keçmiş prezident Robert Köçəryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş "rəhbəri" Arkadi Qukasyan və indiki "rəhbəri" Bako Saakyan da iştirak ediblər.

Son.az Publika.az-a istinadən xəbər verir ki, məhkəmə Köçəryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.

Hər iki separatçı Köçəryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.

Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Köçəryanla eyni sırada - müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.

"Lragir" saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.