Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)


Digərləri 17 May 2019 19:14:00 181 0

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Bakı. Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın “Baku.WS” xəbər portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ baxılmamış saxlanılıb. İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun “Milletinsesi.info”, “Teref.az” və “Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.