Ukrayna Xarici İşlər naziri istefa verdi


Dünya 17 May 2019 19:01:00 250 0

Ukrayna Xarici İşlər naziri istefa verdi

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin istefa verib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşdığı videomüraciətdə bildirib.

XİN rəhbəri mayın 20-də Ali Radaya, daha sonra yeni Prezident Vladimir Zelenskiyə bəyanat ünvanlayacağını söyləyib.

Pavel Klimkin postunu tərk etdikdən parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.