Bədii gimnastika üzrə Avropa çempionatında topla hərəkətlərdə finalçılar məlum olub


Digərləri 17 May 2019 18:53:25 171 0

Bədii gimnastika üzrə Avropa çempionatında topla hərəkətlərdə finalçılar məlum olub

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında topla hərəkətlərdə finalçılar məlum olub

Bakı. Cani Babayeva - Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında topla hərəkətlərdə finalçılar məlum olub. Trend-in məlumatına görə finala Arina Averina (Rusiya, 22.750 xal), Boryana Kaleyn (Bolqarıstan, 22.100 xal), Katrin Taseva (Bolqarıstan, 21.600), Nikol Zelikman (İsrail, 21.250 xal), Yekaterina Qalkina (Belarus, 21.100 xal), Aleksandra Soldatova (Rusiya, 20.825 xal), Alina Qornosko (Belarus, 20.500 xal) və Milena Baldassarri (İtaliya, 19.750 xal) çıxıblar. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir. Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.