Lempard futbolçuları bara apardı


İdman 17 May 2019 18:36:00 290 0

Lempard futbolçuları bara apardı

İngiltərənin Derby County klubunun futbolçuları Çempionşipdə finala vəsiqə qazanmalarını içki məclisində qeyd ediblər.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, cavab yarımfinal matçında Leeds United üzərində 4:2 hesablı qələbədən sonra baş məşqçi Frenk Lempard komandanı bara aparıb.

Burada kollektiv üzvləri, ümumilikdə, 209 bakal pivə, 75 likör, 64 araq kokteyli və 1 dietik “Coca Cola” sifariş ediblər. Hesab isə 2800 funt sterlinq edib.

Qeyd edək ki, Derby County mayın 27-də “Uembli” stadionunda baş tutacaq finalda Aston Villa ilə qarşılaşacaq. Qalib komanda Premyer Liqaya vəsiqə qazanacaq.