Dünyanın ən sirli kitabının şifrələri açıldı


Digərləri 17 May 2019 18:09:00 395 0

Dünyanın ən sirli kitabının şifrələri açıldı

Dünyanın ən sirli kitabı kimi qəbul edilən "Voyniç əlyazması"nın şifrələri açılıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, araşdırmalardan sonra 1912-ci ildə polşalı kitab taciri Uilfred M. Voyniç tərəfindən tapılan kitabın 15-ci əsrə aid olduğu ortaya çıxıb.

Kitab bu günə qədər Alan Turinq kimi məşhur şifrə ustaları tərəfindən araşdırılsa da onun məzmunu tam anlaşılmamışdı. 1404-1438-ci illər arasında yazıldığı düşünülən "Voyniç əlyazması" buna görə dünyanın ən sirli kitabı kimi tarixə düşmüşdü. Çox sayda mütəxəssis əlyazmanın anlaşılmaz olduğunu söyləsə də, Briston Universitetinin doktoru Cerard Çeşir 2 həftə ərzində kitabdakı sirli mətnlərin şifrələrini açmağı bacarıb.

O, ölü dil olan Proto Latın dilindən istifadə edib. Araşdırmaçı yazıdakı simvolları bu dildəki kəlimə və hərflərlə qarşılaşdırıb. Doktor əlyazmada qadınların düşüncə tərzi, cinsi məsələlər, fiziki və ruhani təmizlənmə və valideyn olmaq kimi mövzuların yazıldığını üzə çıxarıb.


Xəbərə aid fotolar