Sloveniya gimnastı: Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik
Digərləri 17 May 2019 17:54:34 204 0
Milli Gimnastika Arenasında gözəl məşq və yarış zonaları var
Bakı. Cani Babayeva -
Milli Gimnastika Arenasında gözəl məşq və yarış zonaları var.
Bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva deyib.
O bildirib ki, Bakıda keçirilən Avropa çempionatı çox gözəl təşkil olunub.
Öz çıxışı barədə danışan gimnast bildirib ki, bəzi səhvlər etsə də, ümumilikdə çıxışdan razı qalıb.
Y.Vedeneyeva bildirib ki, yarışdan bir həftə əvvəl Bakıda təlim-məşq toplanışında olub:
“Bakının bu dərəcədə gözəl olacağını gözləmirdik”.
Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.
Mənbə: az.trend.az