Azərbaycan Universitetində türkiyəli ifaçı ilə görüş olub (FOTO)


Digərləri 17 May 2019 17:32:00 187 0

Azərbaycan Universitetində türkiyəli ifaçı ilə görüş olub (FOTO)

Azərbaycan Universitetində Türkiyəli müğənni, Türk Sənət Musiqisi ifaçısı, “Nevasel” Türk Musiqi Cəmiyyətinin bədii rəhbəri və solisti Aylin Şengün Taşçı ilə görüş olub.

Bakı. Azərbaycan Universitetində Türkiyəli müğənni, Türk Sənət Musiqisi ifaçısı, “Nevasel” Türk Musiqi Cəmiyyətinin bədii rəhbəri və solisti Aylin Şengün Taşçı ilə görüş olub. Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə universitetin professor - müəllim heyəti və tələbələri iştirak edib. Qonaq görüşdə Azərbaycana səfərinin məqsədi haqqında məlumat verib, ölkəmizdə olmaqdan böyük qürur hissi duyduğunu deyib. Bakıya ilk səfərini 20 yanvar hadisələrindən dərhal sonra etdiyini bildirən qonaq 1990-cı ilin Bakısı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Aylin Şengün Taşçı o dövrdə jurnalist fəaliyyəti ilə məşğul olduğunu və Azərbaycanın haqq səsini mətbuat vasitəsilə Türkiyəyə və dünyaya çatdırdığını qeyd edib. Qonaq aradan keçən illər ərzində Azərbaycanın hərtərəfli inkişafının canlı şahidi olduğunu və ölkəmizin əldə etdiyi uğurları böyük fəxarətlə izlədiyini bildirib. Türkiyəli qonaq tədbirdə ifa etdiyi musiqi növü və rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti haqqında da məlumat verib. Azərbaycan musiqisini sevdiyini və repertuarına daxil etdiyini bildirən Aylin Şengün Taşçı “Çırpınrdın Qara dəniz” və “Nazəndə sevgilim” mahnılarını canlı ifa edib.