"Taliban"ı vurmaq istədilər, səhv oldu


Dünya 17 May 2019 17:14:00 224 0

"Taliban"ı vurmaq istədilər, səhv oldu

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir.

Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.

Vilayət qubernatoru araşdırma başladığını deyib.