Hesablama Palatasının bu hüququ ləğv edildi


Digərləri 17 May 2019 17:19:00 222 0

Hesablama Palatasının bu hüququ ləğv edildi

Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Hesablama Palatası haqqında" qanuna dəyişikliklər əksini tapıb.

Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ var.

Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.