Mourinyo Qvardiolanın kubok qazanmasından qıcıqlanır?


İdman 17 May 2019 16:27:00 274 0

Mourinyo Qvardiolanın kubok qazanmasından qıcıqlanır?

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo Manchester City-nin çalışdırıcısı Xosep Qvardiolanın daha bir titul qazanmasına münasibət bildirib.

Goal.az xəbər verir ki, Manchester City ilə İngiltərə çempionluğunu qazanan Pep titul sayını 26-ya qaldırıb. O, 25 titulu olan Joze Mourinyonu üstələyib. Ancaq Joze bu faktı qəbul etmək istəmir. Mourinyo məsələ ilə bağlı belə şərh verib:

"Məni qıcıqlandırırsınız ki, Qvardiolanın artıq 26 titulu var? Hər şey belə deyil. Mənim 25 titulum var. Ancaq Porto və İnter-lə çempionlar Liqasını qazandıqdan sonra bu klublarda qalsaydım, 2 klublararsı dünya çempionatında, 2 Avropa Superkubokunda, 2 də ölkə Superkubokunda oynaya və qalib gələ bilərdim. Deməli, mənim 31 titulum ola bilərdi”.