Rabitəbank ilk 24/7 filialının açılışını edib


Digərləri 17 May 2019 16:49:00 240 0

Rabitəbank ilk 24/7 filialının açılışını edib

Ölkənin ən qabaqcıl banklarından biri olan Rabitəbank, daha bir filialının ünvanını dəyişməklə yanaşı, şəhərin mərkəzində 24/7 rejiminə keçərək, müştərilər üçün xidmət səviyyəsini artırdı.

Bakı. Ölkənin ən qabaqcıl banklarından biri olan Rabitəbank, daha bir filialının ünvanını dəyişməklə yanaşı, şəhərin mərkəzində 24/7 rejiminə keçərək, müştərilər üçün xidmət səviyyəsini artırdı. Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Bülbül prospekti, 30. ünvanında yerləşən (Heydər Əliyev adına Sarayın yanı) Rabitəbankın yeni Nəsimi filialı, rahat və standartlara uyğun olan geniş məkanla, ilk dəfə olaraq həftənin yeddi günü, 24 saat olmaqla müştərilərin xidmətindədir. Qeyd edək ki, Nəsimi filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir və xidmət səviyyəsini artırmaq məqsədi ilə, ünvanını dəyişib.