Deputat: Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir


Digərləri 17 May 2019 16:46:00 227 0

Deputat: Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir

Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir

Bakı. Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib. R.Əliyev bildirib ki, bunun nəticəsində Azərbaycan idmançılarının uğurları ildən-ilə artır. Onun sözlərinə görə, Azərbaycan artıq idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.