Gəncə sakinindən əxlaqsızlıq:


Kriminal 17 May 2019 16:39:00 236 0

Gəncə sakinindən əxlaqsızlıq:

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nəriman Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, N.Qasımov 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün arvadı Aytən Qasımovanın (ad-soyad şərtidir) Qazax rayonuna getməsindən istifadə edib.

Onunla bir mənzildə yaşayan və 11 yaşlı ögey qızı, 19.03.2002-ci il təvəllüdlü Zümrüd Əliyevanın (ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb.

Belini masaj etdirdikdən sonra qəflətən Zümrüdə zor tətbiq edərək, əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən 30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.