Avropa Gənclər Yay Olimpiya Festivalına 146 min bilet çıxarılacaq


Digərləri 17 May 2019 16:34:00 281 0

Avropa Gənclər Yay Olimpiya Festivalına 146 min bilet çıxarılacaq

Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar.

Bakı. Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, razılığa əsasən, iTicket.az “Bakı 2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi olub. Gənclər və İdman naziri Azad Rəhimov iTicket.az şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: “Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq”. iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov deyib: “iTicket.az-ın Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmağından qürur duyuruq. Zamanında bu cür beynəlxalq hadisələrdən əldə etdiyimiz təcrübəmiz bizə, “Bakı 2019”da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam verir”.