Hadisə bu FOTOlarını ilk dəfə paylaşdı...


Digərləri 17 May 2019 16:24:00 285 0

Hadisə bu FOTOlarını ilk dəfə paylaşdı...

Türkiyəli pop ulduz Hadisə arxiv "Eurovision" fotoları ilə gündəmə gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2009-cu ildə Moskvada keçirilən yarışmada ölkəsini "Dum tek tek" mahnısı ilə təmsil edən sənətçi heç yerdə paylaşmadığı şəkillərini instaqramda yayıb.

O, görüntülərə belə rəy verib: "10 il əvvəl ölkəmi "Eurovision"da qürurla təmsil etdim və bu həyəcanı yaşadım. Üstündən 10 il keçdiyinə inanmıram. Bu günədək heç yerdə paylaşmadığım fotolarımı sizə təqdim edirəm".

Qeyd edək ki, Hadisə sözügedən mahnı ilə beynəlxalq layihədə 4-cü olmuşdu.


Xəbərə aid fotolar