İtaliyalı gimnast: Azarkeşlərin dəstəyi çox kömək edir


Digərləri 17 May 2019 16:19:58 214 0

İtaliyalı gimnast: Azarkeşlərin dəstəyi çox kömək edir

İtaliyalı gimnast Milena Baldassarri topla hərəkətlərdə çıxışından razı qalıb

Bakı. Cani Babayeva - İtaliyalı gimnast Milena Baldassarri topla hərəkətlərdə çıxışından razı qalıb. Bunu Trend-ə gimnast özü deyib. İdmançı halqa ilə hərəkətlərdə səhv etdiyini və hətta aləti itirdiyini bildirib. M.Baldassarri əlavə edib ki, Milli Gimnastika Arenasında tamaşaçılar öz dəstəyi ilə idmançılara çox kömək edir: “Milli Gimnastika Arenası böyük və gözəldir. Tamaşaçılar da idmançılara dəstəyi ilə kömək göstərir”. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.