Eldar DNT analizinin nəticələrini açıqladı


Şou-biznes 17 May 2019 16:14:00 258 0

Eldar DNT analizinin nəticələrini açıqladı

Müğənni Eldar Qasımov "Eurovision" mahnı müsabiqəsi tərəfindən aparılan DNT analizlərinə müraciət edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb.  İfaçı qeyd edib ki, test nəticələri artıq bəllidir:

"Şokdayam, bir müddət öncə "Eurovision"un rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizin əsasında köklərimi öyrəndilər. Test nəticələri artıq gəldi və bunu sizə təqdim edirəm. 78,4 faiz Qərbi Asiya, 11, 6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya,2, 1 faiz Baltikyanı ölkələr, 0,8 faiz isə İtaliya əsillidir".


Xəbərə aid foto