Vəhşi it özünü ölülüyə vurdu,


Dünya 17 May 2019 16:09:00 266 0

Vəhşi it özünü ölülüyə vurdu,

Kaftara bənzər it hiyləgərliyi sayəsində dişi aslanın dişləri arasından qurtulub.

Son.az Oxu.az-a istinadən bildirir ki, Zimbabvenin Hvanqa Milli Parkında baş vermiş maraqlı hadisəni turistlər lentə alıb. 

Bələdçi ziyarətçiləri antilop leşini yeyən vəhşi itlərin sürüsünün olduğu yerə gətirib. Gözlənilmədən yırtıcılara dişi aslan hücum edib. O, itlərdən birini ələ keçirərək, dişləri arasına alıb.

Vəhşi it hərəkəti tam dayandıraraq, əllərini aşağı sallayıb və özünü ölülüyə vurub. Qəfildən aslanın diqqətini başqa bir it çəkib və şikarını buraxaraq o birinin dalınca qaçıb. Özünü ölülüyə vurmuş it isə fürsətdən istifadə edərək, aradan çıxıb.