İsrailli məşqçi: Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır


Digərləri 17 May 2019 15:54:00 186 0

İsrailli məşqçi: Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır

Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır

Bakı. Ləman Zeynalova - Bakı Milli Gimnastika Arenası dünyada ən yaxşı arenadır. Bunu Trend-ə bədii gimnastika üzrə İsrail milli komandasının baş məşqçisi Ayelet Zussman deyib. Məşqçi Bakını çox bəyəndiklərini bildirib: “Hər dəfə biz buraya gələndə, sanki evə gəldiyimizi düşünürük, çünki burada çox vaxt keçiririk. Biz bir ay əvvəl məşqə gəlmişdik, bir neçə həftə əvvəl isə Dünya Kubokunda iştirak etmişdik”. O bildirib ki, bədii gimnastika üzrə 35-ci Avropa çempionatının yaxşı keçəcəyinə ümid edir. Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.