Juventus Alleqri ilə bağlı qərarını açıqladı - RƏSMİ


İdman 17 May 2019 15:13:00 219 0

Juventus Alleqri ilə bağlı qərarını açıqladı - RƏSMİ

Juventus klubu baş məşqçi Massimiliano Alleqri ilə yeni müqavilə imzalamayacaq.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu bu gün Alleqri ilə üçüncü dəfə görüşüb və tərəflər razılığa gələ bilməyiblər.

Klubun yaydığı açıqlamada mütəxəssislə mövsümün sonunda yolların ayrılacağı qeyd olunub.

Xatırladaq ki, Alleqri Juventus-da 5 il keçirib və 5 dəfə Juventus-la İtaliya çempionu olub