İlahiyyat İnstitutu Zaqatalada abituriyentlərlə görüş təşkil edib (FOTO)


Digərləri 17 May 2019 15:20:15 256 0

İlahiyyat İnstitutu Zaqatalada abituriyentlərlə görüş təşkil edib (FOTO)

İlahiyyat İnstitutu Zaqatalada abituriyentlərlə görüş təşkil edib

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Trend-in məlumatına görə, institutun növbəti səfəri Zaqatala rayonuna olub. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, ulu öndərin bu siyasətini hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, Prezidentin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Aİİ-nin rektoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar haqqında danışıb. Qeyd edib ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məruzə edib. İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.