Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb (FOTO)


Digərləri 17 May 2019 15:26:00 207 0

Ədalət mühakimə sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb (FOTO)

“Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırıb.

Bakı. Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində ekspertlər tərəfindən Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara geniş məlumat verilib. Eləcə də digər əlaqədar mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilib. Seminarda təqdimat və praktiki məsələlər, habelə iştirakçıları maraqlandıran digər mövzularla bağlı suallar beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.