Prezident İlham Əliyev bu rayonların icra başçısını vəzifəsindən azad etdi


Siyasət 17 May 2019 15:05:00 251 0

Prezident İlham Əliyev bu rayonların icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev S.N.Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyev digər sərəncamla N.M.İsmayılovu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".